İQTİSADİYYAT


MC&S media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatını təqdim edib

Bakı, 1 oktyabr (AZƏRTAC). “Media Consulting and Services”in (MC&S) media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, monitorinqə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Bakcell” (461 məlumat), banklar arasında “Kapital Bank” (275), sığorta şirkətləri arasında AXA MBASK (101), ali məktəblər arasında Bakı Dövlət Universiteti (835), otel və biznes mərkəzləri arasında “Hilton” (194), avtomobil markaları arasında “Mercedes” (120) irəlidədir.

Qeyd edək ki, monitorinq qrupu televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və digər sahələrin media monitorinqini aparır.

Hesabatla bağlı daha ətraflı məlumatı [email protected] elektron ünvanından və 012-5678461 telefon nömrəsindən almaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.