SİYASƏT
MDB-DƏ YAŞAYAN AZƏRBAYCANLI GƏNCLƏRİN FORUMU YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNACAQ
Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk filialının Gənclər təşkilatının təşəbbüsü ilə bu şəhərdə MDB ölkələrində yaşayan azərbaycanlı gənclərin Forumu keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd MDB məkanında yaşayan gənclərimizin birliyini daha da möhkəmləndirmək, gənclərimizi diaspor quruculuğu işinə cəlb etmək, onlarda milli-mənəvi dəyərləri gücləndirmək və gənclər təşkilatlarının fəaliyyətini genişləndirməkdir. Dövlət Komitəsinin əməkdaşları tədbirin səmərəli təşkilinə kömək məqsədi ilə Ukraynaya səfər etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]