SİYASƏT
MDB DÖVLƏTLƏRİNİN İQTİSADİ ƏMƏKDAŞLIĞI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
İclasda MDB dövlətlərinin 2003-2010-cu illərdə iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsinə və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş mühüm tədbirlərin gerçəkləşdirilməsi planının layihələri, azad ticarət zonasının formalaşdırılmasını 2003-cü ildə başa çatdırmaq və Birlik ölkələrinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətini genişləndirmək məsələləri nəzərdən keçirilmişdir. MDB İqtisadi Şurasının və Hökumət Başçıları Şurasının iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafına dair təkliflər hazırlanması haqqında qərarlarının layihələrinə də baxılmışdır.
İşçi qrupu gündəlikdəki bütün məsələləri razılaşdırmış və onları MDB İqtisadi Şurasının sentyabrın 5-də keçiriləcək iclasının və MDB Xarici İşlər Nazirləri Şurasının sentyabrın 18-də keçiriləcək iclasının müzakirəsinə çıxarmağı məqsədəuyğun saymışdır.
İclasın yekunlarına əsasən MDB dövlətlərinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsinə dair təkliflər hazırlanması barədə protokol imzalanmışdır.