SİYASƏT
MDB DÖVLƏTLƏRİ DAİMİ NÜMAYƏNDƏLƏRİNİN İCLASI KEÇİRİLMİŞDİR
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, aprelin 8-də Birliyin Minskdəki iqamətgahında üzv ölkələrin MDB-nin nizamnamə və digər orqanları yanındakı daimi nümayəndələri Şurasının iclası keçirilmişdir.
İclas iştirakçıları Xarici İşlər Nazirləri şurasının aprelin 11-də Düşənbədə olacaq növbəti iclasının gündəliyinin layihəsini razılaşdırmış və Hökumət Başçıları Şurasının aprelin 25-də Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə dair təklifləri müzakirə etmişlər. Daimi nümayəndələr MDB İcraiyyə Komitəsindəki vəzifələrin üzv ölkələr arasında bölünməsi məsələsini və “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley xatirə medalının buraxılmasına dair Rusiyanın təklifini də müzakirə etmişlər.