Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə istiqamətlənmiş kompleks dövlət islahatları yolu ilə inamla irəliləyir.

Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının inkişafına və onun xalqının rifahının yaxşılaşmasına xidmət edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığımız isə gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Sergey Lebedev

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin