RƏSMİ XRONİKA
MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi A.Sergeyevdən
Hörmətli İlham Heydər oğlu!
MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərimizi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının firavanlığı və çiçəklənməsi naminə nəcib fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
A.Sergeyev
MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi