SİYASƏT


MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək

Moskva, 6 fevral, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün jurnalistlərə bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, RF XİN başçısı qarşıdakı iclasın Türkmənistanın sədrliyi ilə keçiriləcəyini xatırladaraq deyib: “Biz MDB XİNŞ iclasına hazırlıq məsələsini müzakirə etdik”.

Nazir onu da qeyd edib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə Xəzər əməkdaşlıq məsələləri müzakirə olunub. Xəzəryanı dövlətlərin tarixdə ilk iqtisadi forumu bu il Türkmənistanda keçiriləcək. Nazir vurğulayıb ki, tərəflər bu tədbirə birgə hazırlaşmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin jurnalistlərə verdiyi məlumata görə, MDB XİNŞ-in Moskvada keçiriləcək iclasının gündəliyinin layihəsinə fundamental tədqiqatlar, Böyük Vətən müharibəsində iştirak etmiş döyüşçülərin məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanması və onlara lazımi qaydada qulluq edilməsi, XİN-lərarası əməkdaşlığın inkişaf etdirilməsi, humanitar sferada və cinayətkarlığa qarşı mübarizə sahəsində dövlətlərarası münasibətlərlə bağlı məsələlər daxil edilib.

Fəridə Abdullayeva

AZƏRTAC–ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.