DÜNYA


MDB-də "Tesla" avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası ilk olaraq Nur-Sultanda istifadəyə verilib

Nur-Sultan, 17 noyabr, AZƏRTAC

MDB-də ilk olaraq Qazaxıstanın paytaxtında ekoloji təmiz "Tesla" avtomobilləri üçün sürətli enerji yükləmə stansiyası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Tesla “Supercharger” altı super sürətli enerji yükləmə stansiyasının rəsmi açılışı “yaşıl” ekoloji standartlara uyğun tikilmiş çoxfunksiyalı kompleksdə keçirilib.

Stansiyalar Tesla markalı Model S, Model X və Model 3 elektromobillərini doldurmağa imkan verir. “Supercharger” məntəqələri Tesla avtomobilinə 80 dəqiqə ərzində 40 faizə qədər enerji yükləyə bilir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.