CƏMİYYƏT


MDB-də dövlət başçılarının iqlim sahəsində əməkdaşlıq barəsində Bəyanatının layihəsi üzərində iş davam etdirilir

Bakı, 1 oktyabr, AZƏRTAC

MDB-nin mənzil-qərargahında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının iqlim sahəsində əməkdaşlıq barəsində Bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun əlavə iclası keçirilib. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda MDB-nin iştirakçısı olan dövlətlərin irəli sürdüyü təkliflər nəzərə alınaraq, ekspertlər tərəfindən bütövlükdə Bəyanatın layihəsi razılaşdırılıb.

İşin nəticələrinə görə tədbir iştirakçıları MDB İcraiyyə Komitəsinə ekspert qrupunun əlavə iclasının materiallarını Bəyanatın layihəsinin və Xarici işlər nazirləri Şurasının və MDB dövlət başçıları Şurasının müvafiq qərarlarının dövlətdaxili razılaşdırılması üçün MDB-nin iştirakçısı olan dövlətlərə göndərməyi təklif ediblər.

Sənəddə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin davamlı sosial-iqtisadi inkişaf maraqları naminə iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşdırılması məqsədilə ətraf mühitə mənfi təsirin azaldılması sahəsində əməkdaşlığı artırmaq niyyəti əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.