CƏMİYYƏT


MDB-də əmək standartları sahəsində əməkdaşlığın konseptual əsaslarının həyata keçirilməsi üzrə tədbirlər Planı hazırlanıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Minsk şəhərində yerləşən MDB-nin İcraiyyə komitəsində 2021–2025-ci illər üçün əmək norması sahəsində MDB üzv-dövlətlərinin əməkdaşlığının konseptual əsaslarının realizə edilməsi üzrə əsas tədbirlər Planı layihəsinin işlənməsi üzrə işçi qrupunun iclası keçirilib.

Ekspertlər bu məsələ üzrə Birliyin İqtisadi Şurasının Planı və Qərarının layihələrini razılaşdırıb. AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədlərin müəyyən olunmuş qaydada MDB üzv-dövlətlərinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasında baxılması üçün təqdim edilməsi təklif edilmişdi.

2021-2025-ci illər üçün əmək standartları sahəsində əməkdaşlığın Konseptual çərçivəsinin həyata keçirilməsinə dair əsas tədbirlər Planının layihəsi 2016-2020-ci illər üçün qüvvədə olan oxşar sənədin davamı olacaq. Burada müəyyən hissəsi müddətsiz olan bir sıra tədbirlər qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.