CƏMİYYƏT


MDB-də hava gəmilərinin göyərtəsində tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq

Bakı, 22 avqust, AZƏRTAC

MDB-də mülki aviasiya hava gəmilərinin göyərtəsində tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq. Bu barədə jurnalistlərə Belarus Respublikası Səhiyyə Nazirliyinin Mülki Aviasiyanın Tibb Xidmətinin direktoru Aleksandr Jadan bildirib. O, Minskdə, MDB İcraiyyə Komitəsinin mülki aviasiyada hava gəmilərinin uçuşunun tibbi və sanitar-epidemioloji təminat məsələləri üzrə işçi qrupunun iclasında iştirak edir.

AZƏRTAC bu barədə BELTA agentliyinə istinadla xəbər verir.

İşçi qrupun müzakirəsinə iki mühüm sənəd təqdim edilib. Birincisi – “Aviaşirkətin tibbi təminatı. MDB ölkələrinə üzv dövlətlərin mülki aviasiyasında uçuş dövründə hava gəmisinin sərnişinlərinə və heyət üzvünə tibbi yardım göstərilməsinin xüsusiyyətləri” adlı metodiki tövsiyədir. Qaydalar aviaşirkətin geniş tibbi fəaliyyətinin daha əhəmiyyətli xüsusiyyətlərini və əlamətlərini, onlara təqdim olunan əsas tələbləri müəyyən edən vahid başlıca sənədin yaradılması zərurəti ilə bağlı işçi qrup tərəfindən işlənib hazırlanıb. İkinci sənəd namizədlərin sağlamlıq durumlarına dair birinci dərəcəli aviasiya personalının tibbi şəhadətnaməsinin (sertifikatın) alınması (müddətinin uzadılması) üzrə Tələbnamə layihəsidir.

Aleksandr Jadan deyib: “MDB-də mülki aviasiya hava gəmilərinin göyərtəsində həm sərnişinlərə, həm də heyət üzvlərinə tibbi yardımın göstərilməsi üzrə vahid prinsiplər işlənib hazırlanacaq, həmçinin pilotların, hava hərəkətini idarəetmə dispetçerlərinin, göyərtə bələdçilərinin sağlamlıq durumlarının dəyərləndirilməsinə vahid yanaşma tərtib ediləcək. Bundan başqa, sanitar-epidemioloji tədbirlərin keçirilməsinə vahid yanaşma tətbiq olunacaq. Bu istiqamətdə metodiki tövsiyələr artıq hazırdır və MDB-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə Şuranın iclasında ötən il təsdiq edilib. Noyabrın 8-9-da Tacikistanda təşkil olunacaq növbəti iclasda biz aviasiya personalının sağlamlıq durumuna dair tələblərin birinci hissəsini və aviaşirkətin tibbi təminat üzrə metodiki tövsiyələri təqdim etməyi planlaşdırırıq. Fikrimcə, biz hər şeyi hazırlayıb nəzərdə tutulan müddətdə təqdim edəcəyik”.

Aleksandr Jadan qeyd edib ki, sərnişin üçün ən başlıcası hava gəmisinin göyərtəsində onun təhlükəsizliyinin təminatıdır. “Gələcəkdə müntəzəm reyslərdə həkimlərin göyərtəyə cəlb edilməsi və onların orada tibbi yardımın göstərilməsi qaydaları ilə tanışlığı üzrə proqramın işlənib hazırlanması yolunu tapmaq lazımdır. Bu, sərnişinlər üçün nəzərəçarpacaq olmasa da, onların təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.