CƏMİYYƏT


MDB-də milli elektron səhiyyə sistemlərinin inteqrasiyası işləri davam edir

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 8-də MDB-yə üzv olan dövlətlərin nümayəndələri işçi qrupun iclasında MDB-də milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələlərini müzakirə ediblər.

Videorabitə konfransı rejimində keçirilən iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın, habelə ÜST-nin Avropa Regional Bürosunun, MDB Parlamentlərarası Assambleyasının, Dövlətlərarası Statistika Komitəsinin, Rabitə sahəsində regional birliyin icraiyyə komitəsinin və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Birlik iştirakçısı olan ölkələrin səhiyyə sistemində normativ-sorğu informasiyasının idarə edilməsi və istifadəsi ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya tərəfin nümayəndələri Federal Normativ Sorğu İnformasiyası Reyestrinin reqlament xidmətinin yaradılması təcrübəsini bölüşüblər.

İclas iştirakçıları Avropa regionunda elektron səhiyyənin inkişafı təcrübəsindən istifadə etməyin mümkünlüyünü vurğulayıb, MDB ölkələrində səhiyyəyə dair statistik göstəricilərin formalaşması qaydası barədə məlumatı nəzərə alıblar.

İşçi qrupun növbəti iclasının iyul ayında onlayn rejimdə keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.