CƏMİYYƏT


MDB dövlət başçılarının bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyanat layihəsi hazırlanır

Bakı, 21 aprel, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər bioloji təhlükəsizlik məsələlərinin müzakirə edilməsini vaxtında və vacib hesab edirlər. Bu barədə, MDB dövlət başçılarının aprelin 20-də videokonfrans formatında keçirilən bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyanat layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclasında deyilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Rusiya tərəfinin Bəyanat layihəsinin hazırlanması barədə təşəbbüsünü dəstəkləyib və sənədlərə daxil olan dövlətlərin şərh və təkliflərini müzakirə edərək bütövlükdə onunla razılaşıblar.

Bəyanat üzərində işlərin davam etdirilməsi barədə qərar qəbul edilib. Sənədin yekunlaşdırılmasına dair növbəti ekspert görüşü 2021-ci ilin may-iyun aylarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.