CƏMİYYƏT


MDB ekspertləri həyat keyfiyyətinin normativləri layihəsi üzərində işi davam etdirəcəklər

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Minskdə MDB İcraiyyə Komitəsində həyat keyfiyyətinin normativlərin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçiriləcək.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin normativlərin hazırlanması vəzifəsi MDB-nin 2020-ci ilədək dövrdə iqtisadi inkişafı üzrə Strategiyasının birinci mərhələsində nəzərdə tutulub.

Həyat keyfiyyətinin normativləri MDB iştirakçı dövlətlərinin yüksək səviyyədə dəstəklədiyi və əhalinin tələbatını təmin edəcək standartlardır. Onların müəyyən edilməsindən məqsəd vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin edilməsi sahəsində minimum dövlət təminatlarının müəyyən edilməsi və dövlətin bu sahədə siyasətinin istiqamətlərinin təyini, habelə onun dayanıqlı inkişafıdır. Normativlərə rifah, əhalinin sosial müdafiəsi və sağlamlığı, təhsil, mənzil şəraiti, ərzaq və xidmətlərin keyfiyyəti, ekoloji vəziyyət, mədəniyyət, fiziki hazırlıq və idman, turizm kimi meyarlar daxildir.

Normativlərin ekspertlər səviyyəsində bundan əvvəlki müzakirəsi cari ilin mayında keçirilib. Həmin iclasda dövlətlərdən daxil olmuş təkliflər və iradlar nəzərə alınıb, onların normativlərin MDB İqtisadi Şurasının iclasında qəbul edilməsində maraqlı olduqları qeyd edilib. Eyni zamanda, sənədin layihəsi ölkələrin daxilində razılaşdırılması üçün MDB-nin iştirakçı dövlətlərinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.