CƏMİYYƏT


MDB ekspertləri tərəfindən ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Konsepsiya razılaşdırılıb

MDB ekspertləri tərəfindən ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Konsepsiya razılaşdırılıb

Bakı, 24 may, AZƏRTAC

MDB-nin mənzil-qərargahında Birlik ölkələrində ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Konsepsiyanın layihələrinin və bu məsələ ilə bağlı İqtisadi Şurasının Qərarının razılaşdırılması üzrə ekspertlər qrupunun iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədlərin layihələrinə dair dövlətlərdən daxil olmuş iradları və təklifləri müzakirə edərək, iclas iştirakçıları konsepsiyanın layihəsi üzərində işi tamamlayaraq, onu səs çoxluğu ilə razılaşdırıblar. Artıq yaxın günlərdə ekspertlər qrupunun iclasının materialları ölkə daxilində razılaşdırmaq, daha sonra isə müəyyən edilmiş qaydada MDB-nin İqtisadi Şurasında baxılmaq üçün göndəriləcək.

Xatırladaq ki, ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Konsepsiyanın aktuallaşdırılması və onun reallaşdırılması üzrə Tədbirlər Planının işlənib hazırlanması Müstəqil Dövlətlər Birliyinin 2030-cu ilə qədər dövr üçün iqtisadi inkişafının Strategiyasının birinci mərhələsinin (2021–2025-ci illər) yerinə yetirilməsi üzrə Tədbirlər Planında təsbit edilib. Yenilənmiş Konsepsiya və İqtisadi Şuranın Qərarının layihələri 2022-ci ilin sentyabrında MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası tərəfindən təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.