CƏMİYYƏT


MDB ərazilərində xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

Müstəqil Dövlət Birliyi İcraiyyə Komitəsinin mətbuat xidməti bildirib ki, MDB iştirakçısı olan dövlətlərin ərazilərində xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Əlaqələndirmə Şurasının üzvləri Birlik ölkələrində COVID-19 bağlı cari vəziyyəti və yeni koronavirus infeksiyasının yayılmasına nəzarət üzrə epidemiya əleyhinə tədbirlərin tətbiqi praktikasını, habelə MDB-də səhiyyə sahəsində əməkdaşlıq üzrə şuranın bu yaxınlarda keçirilmiş iclasının yekunlarını müzakirə edərək vəziyyət barədə operativ informasiya mübadiləsinin, COVID-19-un epidemiologiyası, laboratoriya şəraitində diaqnostikası, müalicəsi və profilaktikası barədə yeni elmi məlumatlar mübadiləsini davam etdirməyin zəruri olduğunu vurğulayıblar.

Yeni koronavirus infeksiyasına qarşı mübarizədə Birlik ölkələrinə humanitar, peşəkar və elmi dəstək göstərilməsi üzrə Rusiya tərəfinin səyləri, həmçinin “Rospotrebnadzor” və MDB İcraiyyə Komitəsi tərəfindən MDB iştirakçısı olan dövlətlərin ərazilərində infeksion xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planı layihəsinin hazırlanması üzrə aparılmış iş müsbət qiymətləndirilib.

Görüş iştirakçıları Birlik ölkələrində payız-qış dövründə COVID-19, mövsümi qrip və kəskin respirator virus xəstəlikləri törədicilərinin eyni vaxtda dövr etməsi şəraitində epidemioloji vəziyyətin mürəkkəbləşməsinə yol verməmək məqsədilə qripə qarşı peyvənd kampaniyası keçirilməsinin vacibliyini qeyd ediblər.

Əlaqələndirmə Şurasının sədri V.Kutırevin COVID-19 PREPRINS portalında COVID-19 üzrə tədqiqatların nəticələri barədə informasiya xarakterli məqalələrin yerləşdirilməsi üçün Rusiya prepintlər məkanının istifadə edilməsi barədə təklifi bəyənilib. Qlobal səviyyədə COVID-19-un yayılmasına qarşı mübarizə məsələlərində MDB İştirakçısı olan dövlətlərin və ÜST-nin Avropa Regional Bürosunun ekspertlərinin qarşılıqlı fəaliyyətinin vacibliyi qeyd edilib.

Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbəti iclasının 2020-ci ilin sentyabr ayında keçirilməsi və həmin iclasa ÜST-nin Avropa Regional Bürosunun nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.