CƏMİYYƏT


MDB məkanında karantin obyektlərinin aşkar edilməsi və eyniləşdirilməsi məsələləri müzakirə edilib

MDB məkanında karantin obyektlərinin aşkar edilməsi və eyniləşdirilməsi məsələləri müzakirə edilib

Bakı, 29 mart, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçıları olan dövlətlər arasında qarşılıqlı ticarətdə karantin obyektlərinin aşkar edilməsi və eyniləşdirilməsi metodikalarının qarşılıqlı tanınması məsələləri üzrə İşçi qrupun birinci iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, MDB iştirakçıları olan dövlətlərin Bitki karantini üzrə Əlaqələndirmə Şurası yanında yaradılmış İşçi qrupun vəzifəsi karantin nəzarətindən keçməli yüklərin fitosanitar vəziyyətinin müəyyən edilməsinin nəticələrinin qarşılıqlı tanınması ilə bağlı məsələləri həll etməkdən ibarətdir.

İclas iştirakçıları birgə işdə maraqlı olduqlarını bildirib, bu istiqamətdə növbəti addımları müzakirə edib, perspektiv planları razılaşdırıb, Müstəqil Dövlətlər Birliyi çərçivəsində təsərrüfat və ticarət əlaqələri prosesində həmin dövlətlərin ərazilərində karantin baxımından zərərli orqanizmlərin yayılmasının qarşısını almaq üçün daha sıx əməkdaşlığın vacib rol oynadığını qeyd ediblər.

İşçi qrupun növbəti iclasının 2023-cü il may ayında keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.