SİYASƏT


MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər Qazaxıstanda parlament seçkilərinin qısamüddətli monitorinqinə başlayacaqlar

Bakı, 15 mart, AZƏRTAC

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə Qazaxıstan Respublikası Parlament Məclisinə deputatların növbədənkənar seçkilərinin monitorinqi üçün MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasından (MDB PAA) olan beynəlxalq müşahidəçilər qrupu formalaşıb.

AZƏRTAC bu barədə Müstəqil Dövlətlər Birliyi PAA Şurasının Katibliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən qrupun 60 üzvü akkreditasiya olunub. Onların arasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya, Tacikistan və Özbəkistan parlamentlərinin təmsilçiləri, eləcə də MDB PAA Katibliyinin əməkdaşları və MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) ekspertləridir.

Martın 17-18-də müşahidəçilər seçkilərdə iştirak edən partiyaların təmsilçiləri, eləcə də Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının və Parlament Senatının rəhbərləri ilə görüşlər keçirəcəklər.

Martın 19-da monitorinq qrupunun üzvləri seçki məntəqələri açılan andan orada fəaliyyət göstərəcəklər.

Martın 20-də MDB-dən olan müşahidəçilər missiyasının MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilərlə yekun mətbuat konfransı planlaşdırılıb.

Beynəlxalq müşahidəçilərin Qazaxıstanda fəaliyyəti barədə operativ məlumat “MDB parlamentləri” teleqram kanalında və MDB-nin Parlamentlərarası Assambleyasının rəsmi saytında yerləşdiriləcək.

MDB PAA DİMBİ-nin ekspertləri seçkilərin uzunmüddətli monitorinqi çərçivəsində Qazaxıstan Respublikası Parlament Məclisinə deputatların növbədənkənar seçkilərinin keçirilməsini nizamlayan Qazaxıstan Respublikası Qanunvericiliyinin beynəlxalq demokratik seçki standartlarına müvafiqliyi barədə Rəy hazırlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.