DÜNYA


MDB-nin növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək

MDB-nin növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək

Bakı, 28 sentyabr, AZƏRTAC

MDB-nin növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək. Bu barədə təklif Türkmənistan tərəfdən gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu MDB icraiyyə komitəsinin rəhbəri Sergey Lebedev təşkilatın Düşənbədə keçirilən sammitinin geniş tərkibli iclasında bildirib.

Onun sözlərinə görə, məhdud tərkibdə keçirilən iclasın gedişində dövlət başçıları Birliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

“Türkmənistanın 2019-cu ildə MDB-yə sədrliyi barədə qərar qəbul olunub. Həmsədrliyi isə Tacikistan və Özbəkistan həyata keçirəcək”, - deyə S.Lebedev əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.