DÜNYA


MDB ölkələri kosmosda silahlanmanın qarşısının alınması üzrə əməkdaşlıq edəcəklər

Bakı, 10 oktyabr, AZƏRTAC 

MDB ölkələri kosmik məkanda silahlanmanın qarşısının alınması üzrə əməkdaşlıq edəcəklər. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı jurnalistlərə müsahibəsində MDB iştirakçı dövlətləri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov verib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib: “İclasda informasiya təhlükəsizliyi sahəsində strategiyanın layihəsi, hərbi sahədə qarşılıqlı fəaliyyətin, o cümlədən humanitar məqsədlə ərazilərin minalardan təmizlənməsinin birgə strukturunun formalaşdırılması və ortaq rabitə sistemlərinin yaradılması üzrə vahid qurumun təsis edilməsi təsdiq olunub”.

S.Lavrov qeyd edib ki, Rusiya tərəfinin təklifi əsasında nazirlərin kosmik məkanda silahlanmanın qarşısının alınmasına dair bəyanatı qəbul olunub. Onun sözlərinə görə, bu bəyanat MDB Xarici İşlər Nazirləri Şurası üçün yeni sənəddir. Rusiyalı nazir əlavə edib: “Bu sahədə bir neçə dövlətin planlarının olması barədə çoxlu həyəcanlı məlumatlar toplanıb. Onlara diqqət yetirilməsi və kosmosda silahların yerləşdirilməsinin qadağan edilməsinin beynəlxalq danışıqlarda razılaşdırılmasının təmin olunması olduqca vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.