CƏMİYYƏT


MDB ölkələrində əməyin normalaşdırılması məsələlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

MDB üzvü olan dövlətlərdə əməyin normalaşdırılması məsələlərinə həsr edilmiş “Əməyin təşkili və normalaşdırılması – 2020: tövsiyələr və praktiki təcrübə” mövzusunda videokonfrans rejimində beynəlxalq konfrans keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, konfransın işində Birlik ölkələrinin səlahiyyətli və səriştəli orqanlarının və təşkilatlarının 200-ə yaxın nümayəndəsi, MDB ölkələrində əməyin təşkili və normalaşdırılması sahəsində mütəxəssislər, əməyin normalaşdırılması üzrə kadrların hazırlanması, təkrar hazırlanması və ixtisasartırma sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı üzrə mütəxəssislər iştirak ediblər.

Konfransın əvvəlində MDB ölkələrində əməyin təşkili və normalaşdırılması məsələlərinə həsr edilmiş plenar diskussiya və plenar iclas keçirilib. Sonra forum iştirakçıları dəyirmi masalar formatında korporativ sektorda, büdcə sektorunda və mənzil-kommunal təsərrüfat sahələrində əməyin təşkili və normalaşdırılması praktikasını, habelə gənc mütəxəssislərin hazırlanması ilə əlaqədar məsələləri nəzərdən keçiriblər. Tədbirin nəticələri MDB ölkələrində əməyin normalaşdırılması sahəsində müvafiq nazirliklərə və baza təşkilatlarına göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.