İQTİSADİYYAT
MDB ölkələrinin Bakı Beynəlxalq Bank Konfransının müsbət nəticələri ildən-ilə hiss olunur
MDB-nin iştirakçısı olan ölkələrin Bakı Beynəlxalq Bank Konfransının müsbət nəticələri ildən-ilə hiss olunur. Dörd il əvvəl Rusiyada, MDB məkanında islam bankinqindən danışmağa başlamışdıqsa, MDB-nin Maliyyə-Bank Şurası ilə Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində artıq bu il biz “MBA Moskva”da alternativ maliyyələşdirmə və bankinq şöbəsi təsis etmişik.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Beynəlxalq Bankının Bankinq departamentinin direktoru Behnam Qurbanzadə səsləndirib. O bildirib ki, konfrans MDB-nin regional inkişafı, Azərbaycanın həm maliyyə-bank sisteminin, həm də bütövlükdə iqtisadiyyatın inkişafı sahəsində MDB-nin bütün ölkələri ilə inteqrasiyası məqsədi daşıyır.
B.Qurbanzadə sonda deyib: “MDB ölkələrinin bazarlarında nə baş verdiyinə baxsaq, görərik ki, yaranmış vəziyyət yaxınlaşma, daha sıx iqtisadi əməkdaşlıq üçün platforma olacaq. Nəticədə MDB ölkələrinin maliyyə təsisatları arasında əməkdaşlıq üçün daha əlverişli şərait yarana bilər”.