CƏMİYYƏT


MDB ölkələrinin Koordinasiya Şurasının iclası keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusi təhlükəli yoluxucu xəstəliklərinin ölkəyə gətirilməsi və yayılmasından sanitar müdafiəsi problemləri üzrə Koordinasiya Şurasının XVI iclası keçirilib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Koordinasiya Şurasının üzvləri ötən dövr ərzində görülmüş işlərə yekun vurub, 2023–2024-cü illər üçün plan qurub, fövqəladə vəziyyət zonasında birgə iş üçün əhalinin sanitar-epidemioloji salamatlığı və mütəxəssislər reyestrinin formalaşması sahəsində fövqəladə hallarla bağlı informasiya mübadiləsi məsələlərini müzakirə ediblər.

Bundan başqa, MDB ölkələrinin ekspertləri sanitar-epidemioloji xarakterli ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısının alınması və cavab tədbirlərinə dair əməkdaşlıq barədə Sazişin layihəsinin hazırlanmasının gedişi haqqında məlumata, bir sıra təşkilati məsələlərə baxıblar.

Koordinasiya Şurasının növbəti iclasının 2024-cü ilin payızında keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.