SİYASƏT


MDB ölkələrinin XİN rəhbərləri Şurasının növbəti iclası Düşənbədə keçiriləcək

Moskva, 14 aprel, AZƏRTAC

MDB ölkələrinin XİN rəhbərləri Şurasının növbəti iclasının mayın 13-də Düşənbədə keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mixail Yevdokimov açıqlayıb.

Onun sözlərinə görə, nazirlər, o cümlədən Ukraynada vəziyyəti də müzakirə edəcəklər.

M.Yevdokimov deyib: “Ənənəyə görə, MDB Xarici İşlər Nazirləri Şurasının (XINŞ) iclasları ildə iki dəfə keçirilir. İlkin plana görə, ən yaxın görüşün mayın 13-də Düşənbədə, payız görüşünün isə oktyabrın 13-də Nur-Sultanda keçirilməsi nəzərdə tutulur”.

İlkin plana görə, nazirlər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətə aid məsələlər barədə fikir mübadiləsi aparacaq, aktual beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynada vəziyyəti müzakirə edəcəklər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.