CƏMİYYƏT


MDB ölkələrinin nümayəndələri mikrob əleyhinə preparatların davamlılığına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 16-da MDB iştirakçısı olan dövlətlərin mikrob əleyhinə preparatların davamlılığına qarşı mübarizə üzrə Birgə Fəaliyyət Planının hazırlanması üzrə işçi qrupunun videokonfrans rejimində iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, işçi qrupu Birgə Fəaliyyət Planının layihəsi ilə bağlı irad və təklifləri nəzərdən keçirib, bu sənədin “Praktiki-təşkilati tədbirlər” adlı II bölməsinin müzakirəsini başa çatdırıb. Planın bütün bölmələrinin müzakirəsini başa çatdırmaq üçün əlavə iclas keçirilməsi barədə qərar qəbul edilib. Həmin iclas iyunun 23-də onlayn rejimdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.