REGİONLAR


MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib. Təhsil fakültəsində təşkil edilən seminarda universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin moderatoru Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov seminarın mövzusu və formatı barədə məlumat verib.

Seminarda giriş sözü ilə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin dəhşətləri və acı nəticələri haqqında danışıb. Həmin dövrdə baş verən prosesləri tarixi prizmadan şərh edən E.Cəfərova 20 Yanvar faciəsinə tarixi və siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.

Tədbirdə akademik heyət üzvləri tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, tələbə və magistrantların fikirləri dinlənilib. Seminarda MDU-nun “Tarix müəllimliyi” ixtisası üzrə üçüncü kurs tələbəsi Toğrul Zamanlının ifasında B.Vahabzadənin “Şəhidlər” poemasından parçalar səsləndirilib.

Qeyd edək ki, seminar Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.