Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

MDU-da “Şuşa İli” çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Texniki və Humanitar lisey və 7 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Dürrü Yekta: MDU-da Məclisi Üns” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir şəhər Texniki və Humanitar liseyin direktoru Nailə Məmmədova və Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov çıxış ediblər.

Açılış nitqində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs edən MDU-nun rektoru Ş.Bayramov doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürur hissləri bəxş etdiyini vurğulayıb. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edildiyini diqqətə çatdıran Ş.Bayramov bununla əlaqədar olaraq universitetdə nəzərdə tutulan silsiləvi tədbirlər barəsində məlumat verib. Tarixi və mədəni irsimizin öyrənilməsi və gənc nəsil arasında təbliğinin aparılmasında ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən bəhs edən rektor bu baxımdan Qarabağ ədəbi mühitinin görkəmli simalarından olan Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilmiş tədbirin önəmini diqqətə çatdırıb.

MDU-nun şəhərin iki qabaqcıl ümumtəhsil məktəbi ilə işbirliyi çərçivəsində baş tutan tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirən Ş.Bayramov təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlılığını arzulayıb.

Universitetin kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən Mingəçevir şəhər Texniki və Humanitar liseyin direktoru Nailə Məmmədova son dövrdə MDU ilə müxtəlif formatlarda qurulan əməkdaşlıq əlaqələrindən bəhs edib.

“Şuşa İli” çərçivəsində qələbə əhvali-ruhiyyəsi ilə ortaq tədbirlərin keçirilməsinin, eləcə də Qarabağın parlaq simalarından biri olan "Xan qızı" Xurşidbanu Natəvanın yubileyinin qeyd edilməsinin qürurverici olduğunu vurğulayan N.Məmmədova bu cür fəaliyyətlərdə tələbə və şagirdlərin birgə iştirakının əhəmiyyətini vurğulayıb və onlara uğurlar arzulayıb.

Son dövrdə universitetlə qurulan əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişafını qeyd edən Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov bu prosesdə yaxından iştirak edən və dəstək göstərən təhsil müəssisələrinin kollektiv üzvlərinə, tələbələrə və şagirdlərə təşəkkürünü çatdırıb.

Regionda təhsilin inkişafında universitet-məktəb əməkdaşlığının rolunu yüksək qiymətləndirən A.İsmayılov MDU ilə işbirliyi çərçivəsində şagirdlərin müxtəlif mövzularda maarifləndirilməsinə və onların hərtərəfli inkişafına hədəflənən ortaq fəaliyyətlərin reallaşdırılmasının şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. “Şuşa İli” çərçivəsində keçirilən tədbirlərə şagirdlərin böyük maraq göstərdiklərini vurğulayan məktəb direktoru birgə fəaliyyətlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfələr verəcəyinə inandığını söyləyib.

Sonra, tədbir ədəbi-bədii hissə ilə davam edib. “Xan qızı” Xurşidbanu Natəvanın yaratdığı “Məclisi-Üns” ədəbi məclisini səhnələşdirən tələbə və şagirdlərin təqdimatında görkəmli Azərbaycan şairəsinin yazdığı və ona ithaf edilmiş qəzəllər səsləndirilib. Tədbirdə Mingəçevir şəhər 11 saylı musiqi məktəbinin müəllimi İsa Museyibov mahnı ifa edib.

Daha sonra, universitetin həyətində təşkil olunan sərgidə tələbələr “Şuşa İli”nə həsr etdikləri rəsmləri nümayiş etdiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, MDU-da “Şuşa İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV