REGİONLAR


MDU-da elmi seminar: Heydər Əliyev irsi müasir Azərbaycanın mədəni və intellektual sütunudur

Bakı, 6 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi müasir Azərbaycanın mədəni və intellektual sütunudur” mövzusunda elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı tədbirlər planı” çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Seminara moderatorluq edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Hidayətova universitetdə ideoloji maarifləndirmə çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, gənc nəslə çatdırılması ilə bağlı görülən işlərin xüsusi əhəmiyyətindən danışıb və seminarın önəmini vurğulayıb.

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Xarici dillər kafedrasının müdiri dosent Zenfira Əzizova “Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsidir”, Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Heydər Əliyev və müasir Azərbaycan dili”, həmin kafedranın baş müəllimlərindən İlham Məmmədov “Heydər Əliyev və multikultural dəyərlər” və Mətanət Yusifova “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, əsas vəzifələrindən biri Vətənə, xalqa və dövlətə bağlı kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin örnək həyat və fəaliyyətinin, zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.