REGİONLAR


MDU-nun əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər

Bakı, 25 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının əməkdaşları Cəlil Bağırov və Səadət Yusibova Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) regional ofisi - Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə DMT) təşkilatçılığı ilə keçirilən dördgünlük "Təlimçilər üçün təlim" proqramında iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, təlim proqramı çərçivəsində iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının strukturunun hazırlanması metodları, təlim texnologiyaları, təlimin dizaynı, təlimdən əvvəl və sonrakı qiymətləndirmə və digər modullar barədə məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, təlim proqramı turizm sənayesində çalışanların maarifləndirilməsi üçün yerli mütəxəssislərdən ibarət ekspertlər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Bildirilib ki, “Yerli Ekspertlər Şəbəkəsi" Gəncə DMT tərəfindən koordinasiya ediləcək. Yerli təlimçilər turizm sənayesinin ehtiyaclarına uyğun olaraq beynəlxalq standartlar səviyyəsində xüsusi təlim kurslarında iştirak edəcək, əsas iş yerlərindən ayrılmadan, ödənişli əsaslarla təlimlər keçəcəklər.

Sonda hər bir iştirakçının seçdiyi mövzuda təqdimatları dinlənilib və müvafiq qiymətləndirilmə aparılıb. MDU-nun hər iki əməkdaşı təlimi uğurla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.