REGİONLAR


MDU-nun kollektivi şəhid ailələrini ziyarət edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr - Anım Günü ilə əlaqədar bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların və hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun ailələrinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı MDU kollektivinin üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissi ilə yad edib, onların ailə üzvlərinə səbir diləyiblər.

Qəhrəman şəhidlərimizin tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olduqlarını qeyd edən universitet əməkdaşları, vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını çatdırıblar.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində universitetdə müxtəlif formatlı çoxsaylı tədbirlər davam etdirilir. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.