REGİONLAR


MDU-nun müəllimləri məktəblərdə Ulu Öndərə həsr olunan mühazirələr oxuyublar

Bakı, 10 may, AZƏRTAC

Mayın 5-dən 10-dək Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə universitetin bir qrup müəllimi tərəfindən şəhərin yeddi məktəbində şagirdlər üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən mühazirələr oxunub.

AZƏRTAC xəbər verir ki, proqrama uyğun olaraq, MDU-nun akademik heyət üzvlərindən Mirzə Cavadov Mingəçevir şəhər 16 saylı tam orta məktəbdə, Rahilə Məmmədova 3 saylı tam orta məktəbdə, Mətanət Yusifova 10 saylı tam orta məktəbdə, İlham Məmmədov 13 saylı tam orta məktəbdə, Leyla Babayeva 18 saylı tam orta məktəbdə, Səadət Ağakişiyeva 4 saylı tam orta məktəbdə və Şəlalə Quliyeva 14 saylı tam orta məktəbdə məruzələrlə çıxış ediblər.

Məruzələrdə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən və titanik fəaliyyətindən bəhs edilib, Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb, əbədiyaşar liderin gənclərlə bağlı tövsiyələri xatırlanıb.

Mühazirələr məktəblərin şagird və müəllim kollektivi tərəfindən böyük maraqla qarşılanıb. Məktəblilər faydalı və maraqlı mühazirələrə görə MDU-nun müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə universitetin və şəhər təhsil şöbəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.