DÜNYA
MEDAL SAHİBİ 62 İLDƏN SONRA TAPILDI
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, Krasnoyarsk sakini Lyudmila Hüseynovaya “Leninqradın müdafiəsinə görə” medalı təqdim edilmişdir. O, həmin mükafatla təltif olunmasından yalnız 62 il sonra xəbər tutmuşdur.
Lyudmila Hüseynova 1941-ci ildən Leninqradda hərbi hospitalın sanitarı işləmişdir. Təltif haqqında fərman hospital oradan köçürüldükdən sonra imzalanmışdır. L.Hüseynovanı yalnız 62 ildən sonra axtarıb tapmış və “Leninqradın müdafiəsinə görə” medalını avqustun 11-də təntənəli şəraitdə ona təqdim etmişlər.
Bu, pensiyaçı qadın üçün çox gözlənilməz olmuşdur. L.Hüseynova deyir ki, bu medala layiq görüldüyünü ona indiyədək heç kim bildirməmişdir. “Lakin gec də olsa, xoşdur. Şadam ki, o ağrılı-acılı illərdə göstərdiyim xidmətlərə qiymət verilmişdir”.