CƏMİYYƏT


MEDİA agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə onlayn görüş keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə onlayn görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib.

Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub. Qeyd edilib ki, görüşün əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsidir.

Görüşdə çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifov və digərləri bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar.

Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən aidiyyəti qurumlarla görüşlər keçirilir, region mətbuatının inkişafının sürətləndirilməsi istiqamətində layihələr üzərində işlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.