DÜNYA


MEKSİKANIN PAYTAXTI İLDƏ 44 SANTİMETR YERİN ALTINA ÇÖKÜR

Bakı, 19 aprel (AZƏRTAC). Meksikanın paytaxtı və ətraf ərazilər ildə 44 santimetr yerin altına çökür.

Bu barədə ölkənin su üzrə milli komissiyasının direktoru Xose Tamarqo məlumat yayaraq, bu prosesin milli təhlükəsizliyin problemlərindən birinə çevrildiyini bildirmişdir. Baş verənlərin əsas səbəbi kimi əhalinin ehtiyaclarını ödəmək üçün paytaxt federal dairəsində qrunt sularından istifadə olunması göstərilir. Xüsusilə paytaxt Mexikoda əhalini su ilə təmin edən 2,7 min quyu qazılmışdır. Qrunt suları paytaxtın yerləşdiyi Mexiko vadisində ümumi suların 60 faizini təşkil edir.

Mexikonun müxtəlif rayonlarında avtomobillərin düşdüyü iri uçurumlar əmələ gəlmişdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qruntun kiçilməsi nəticəsində minlərlə yaşayış binasının və tarixi abidələrin dağılması təhlükəsi yaranmışdır. Mexikonun “çökməsi” faktı artıq cəmiyyətdə həyəcan doğurmağa başlamışdır. Ölkədə fəlakətin qarşısının alınması məqsədilə təcili tədbirlərin görülməsinə çağırışlar səslənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.