RƏSMİ SƏNƏDLƏR
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİSENTE FOKS KESADAYA
Hörmətli cənab Prezident,
Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərini inkişaf etdirməklə faydalı əməkdaşlıq üçün geniş perspektivlər açacağıq.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2002-ci il