ELM VƏ TƏHSİL


MEK beynəlxalq elektron məlumat bazaları ilə əməkdaşlıq edəcək

MEK beynəlxalq elektron məlumat bazaları ilə əməkdaşlıq edəcək

Bakı, 7 dekabr, AZƏRTAC

Beynəlxalq elektron məlumat bazaları olan “WILEY Education Services” və “AMBOSS GmbH”un idarə heyəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının onlayn görüşü olub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, görüşdə sözügedən verilənlər bazası ilə tərəfdaşlıq məsələləri müzakirə edilib, “AMBOSS GmbH” ilə biraylıq, “WILEY Education Services” ilə üçaylıq sınaq müddətində abunəliyin təminatına dair razılığa gəlinib.

Qeyd edək ki, “AMBOSS GmbH” həkimlər üçün işlənib hazırlanmış müxtəlif komponentləri olan rəqəmsal resursdur. Burada 20 mindən çox tibbi mövzudan ibarət interaktiv kitabxana və 6 mindən çox klinik vəziyyətə əsaslanan bir-biri ilə əlaqəli “sual bankı” mövcuddur. Proqram, həmçinin ali tibbi təhsilin rezidentura pilləsində olan tələbələr, gənc həkimlər, köməkçilər üçün faydalı hazırlıq və davamlı öyrənmə vasitəsidir. “WILEY Education Services” isə 70-dən çox universiteti və 800-dən artıq dərəcə proqramlarını dəstəkləyən texnologiyaya əsaslanan təhsil həllərinin aparıcı, qlobal təchizatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.