CƏMİYYƏT


MEK-də Yeni Azərbaycan Partiyasının növbəti iclası keçirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Hüseyn Cavid prospekti 129-cu məhəllədə yerləşən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik insanları öz ətrafında birləşdirən partiyanın keçdiyi inkişaf yolundan, bu yolda inamla addımlayan partiya üzvlərinin müxtəlif sahələrdə fəallıq göstərərək, ölkəmizi layiqincə təmsil etdiklərindən bəhs edib. Çıxışında Şanlı Zəfərimizdən danışan Bəxtiyar Nəbiyev deyib: “Xalqımız daim öz əməli ilə dövlət başçısının ətrafında sıx birləşib. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub”.

Tədbir zamanı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra, MEK-in YAP üzrə İdarə Heyətinin sədri Aygün Səfərovanın hesabat çıxışı dinlənilib. O qeyd edib ki, AMEA Mərkəzi Elmi Kitabxanasında çalışan əməkdaşlar partiyanın ətrafında sıx birləşir, onun işini dəstəkləyir və sıralarına qəbul olmaq üçün ərizə ilə müraciətlər edirlər.

Sonra yığıncağın qərarı qəbul edilib. YAP Yasamal rayon təşkilatı Hüseyn Cavid prospekti 129-cu məhəllədə yerləşən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) partiya təşkilatının idarə heyəti seçilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev təşkilatın sədri, Aygün Səfərova isə sədrin müavini seçilib.

Professor Məmməd Əliyev təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını, bundan sonra da Prezident İlham Əliyevin bütün tapşırıq və tövsiyələrini ləyaqətlə yerinə yetirəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.