MEK-in oxucuları “EBSCO” məlumat bazasından yararlana biləcəklər
AzerTAg.az

Bakı, 18 yanvar, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucuları üçün daha bir yenilik edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan kitabxanalarında ən çox müraciət edilən, bir çox elmi informasiya resursları və məlumat axtarış mənbəyi ilə zəngin “EBSCO” verilənlər bazasına abunəlik təmin olunub.
MEK-in qeydiyyatdan keçən bütün oxucuları “EBSCO”nun 4600-dən çox jurnalın tam mətnlərini ehtiva edən multidisiplinar verilənlər bazası - Academic Search Complete və MEDLINE - tibb sahəsi üzrə verilənlər bazasından yararlana biləcəklər. Məlumat axtarış bazasına 2023-cü il yanvarın 16-dan martın 31-dək giriş imkanları mövcuddur.
Xatırladaq ki, abunəlik haqqında razılıq ötən ilin noyabrında MEK əməkdaşlarının “ANKOSLink 2022” beynəlxalq konfransında iştirakı zamanı “EBSCO” şirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var