ELM VƏ TƏHSİL


MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

Bakı, 16 iyun, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını özündə əks etdirir. Sözügedən nəşrlər universitetin kitabxanasına Manas Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan liderlər” mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib.

Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi iki kitabxana arasında beynəlxalq əlaqələrin genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.