REGİONLAR
MELİORASİYA İŞLƏRİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Samux rayonunun melioratorları son bir neçə ay ərzində xeyli iş görərək, əkin suyu həcminin artırılmasını təmin etmişlər. Mövcud kanallar 6,5 min kubmetr həcmində lildən təmizlənmişdir. 2,3 min kubmetr həcmində sahilbərkitmə və 4,8 min kubmetr həcmində tənzimləmə işləri görülmüşdür.
Rayon mərkəzinin 40 kilometrliyində yerləşən Burunqovaq kəndində sel axınlarının qarşısını almaq məqsədi ilə Qabırrı çayının məcrası dəyişdirilmiş, suyu kənara axıdan kanallar üzərində piyadalar üçün bir neçə körpü salınmışdır. Hadılı, Yuxarı Ağasıbəyli, Hacalılı kəndlərində və Qaraarx qəsəbəsində artezian quyuları istismara verilmişdir. Tezliklə Sərkar kəndinin sakinləri də artezian quyusundan istifadə edəcəklər.