Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“MELİORASİYA VƏ İRRİQASİYA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 169; 2002-ci il, №5, maddə 237; 2004-cü il, №2, maddə 57, №4, maddə 202, №6, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin və 15-ci abzas 13-cü abzas, 13-cü abzas 15-ci abzas hesab edilsin:

“meliorasiya və irriqasiya sahəsində inzibati xətalar haqqında protokollar tərtib etmək və baxılması üçün müvafiq dövlət orqanlarına göndərmək;”.

2. 14-cü maddənin ikinci hissəsindən “meliorasiya və irriqasiya üzrə” sözləri çıxarılsın.

3. 26-cı maddənin üçüncü hissəsində “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, təbiəti mühafizə üzrə müvafiq icra hakimiyyəti orqanı, suların istifadəsi və mühafizəsinin, meşə təsərrüfatının, torpaq ehtiyatları və yerquruluşunun idarə edilməsi üzrə müvafiq icra hakimiyyəti orqanları ilə və digər əlaqədar orqanlarla razılaşdırılmaqla” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli, 6 mart tarixli 260-IIIQD nömrəli, 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 1 may tarixli 322-IIIQD nömrəli və 31 may tarixli 357-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 90.1-ci maddədən “və ya meliorasiya və irriqasiya sistemlərinin” sözləri çıxarılsın.

2. Məcəlləyə aşağıdakı məzmunda 90.3-cü maddə əlavə edilsin:

“90.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə-

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilirlər.”.

3. 360.1-ci maddədə “69,” rəqəmindən sonra “72,” rəqəmi, “88-3” rəqəmindən sonra “, 90.3, 101, 102.0.2, 102.0.3, 102.0.5, 106,” rəqəmləri əlavə edilsin.

4. 409.1.2-ci maddədə “dövlət” sözü “dövlət orqanlarından və təşkilatlarından” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin