REGİONLAR


MELİORATİV TƏDBİRLƏR SƏMƏRƏ VERİR

Sabirabad Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli bölmələri tərəfindən 893 kilometr uzunluğunda kanal və kollektorlar lildən təmizlənmiş, Cavad kəndində nizamlayıcı hidrotexniki qurğu bərpa edilmiş, Qaragüney və Ulacalı kəndlərində yeni nasosxanalar istifadəyə verilmiş, Zalqaraağac kəndində dəmiryolu xətti altından keçməklə 3 min metr uzunluğunda suvarma kanalı çəkilmişdir.

Qeyd edilən dövrdə həyata keçirilmiş tədbirlər sayəsində Qaratəpə, Moranlı, Kürkəndi, Minbaşı, Qaratoğay, Azadkənd, Həşimxanlı və digər kəndlərin 15 min hektara yaxın torpaq sahəsinin münbitliyi artırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.