REGİONLAR


MELİORATORLAR İLİ UĞURLA BAŞA VURMUŞLAR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin kollektivi 2005-ci ili uğurla yekunlaşdırmışdır.

Agentlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidentinin aqrar sahədə mövcud potensialdan istifadə edərək, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, xalqın maddi rifahını yüksəltməklə bağlı qarşıya qoyduğu vəzifələrə dönmədən əməl olunur. Kollektiv il ərzində kənd təsərrüfatı bitkiləri becərilmiş 1 milyon 285 min hektara vaxtında və kifayət qədər su vermişdir. Həmin sahələrdə mövsüm boyu orta hesabla üç dəfə suvarma aparılmış, 7 milyard kubmetrə yaxın su sərf edilmişdir. 600 min hektar sahədə suvarma mexaniki yolla həyata keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.