DÜNYA
MESXETİ TÜRKLƏRİ OKEANIN O TAYINA KÖÇÜRLƏR
AZƏRTAC Rusiya informasiya agentliklərinə istinadla xəbər verir ki, Krasnodar diyarında yaşayan və qaçqın statusu alan Mesxeti türklərinin 13 nəfərdən ibarət ilk qrupu daimi yaşamaq üçün iyunun 21-də ABŞ-a köçür.
Krasnodar diyarındakı türk icmasının lideri Tiyenşon Svanidze demişdir ki, bu il aprelin axırlarında Moskvada onun 84 soydaşı qaçqın statusu almışdır və onlar da tezliklə Rusiyanı tərk edəcəklər.
Novorossiysk İnsan Hüquqları Komitəsi bildirmişdir ki, Krasnodar diyarından köçüb gedənlərin öz əmlakını satması məsələsi indiyədək həll olunmayıbdır. Yerli hakimiyyət ancaq şəxsi evlərin mülkiyyət kimi rəsmiləşdirilməsinə kömək göstərəcəyini vəd edir. İndiyədək Mesxeti türklərinə bunu etməyə icazə vermirdilər. Lakin onların öz daşınmaz əmlakını sata biləcəkləri hələlik məlum deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]