İDMAN


MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir

Bakı, 2 iyul, AZƏRTAC

MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir.

AZƏRTAC xəbər verir ki, kanadalı hokkey şərhçisi Erik Engels mətbuata açıqlamasında vəziyyətin ürəkaçan olmadığını deyib. O, liqanın aparıcı oyunçuları ilə söhbətəşdiyini və onların meydana çıxmağa hazır olmadığını bildirib. Engelsin sözlərinə görə, münasibətdə olduğu hokkeyçilərin 75 faizi mövsümün bərpa edilməsinin əleyhinədir.

Kanadalı şərhçi ümumiyyətlə liqa rəhbərliyinin konkret addım ata bilməməsinə görə də narahatlıq yarandığını bildirib. Bunun özü də hokkeyçilərin ürəyincə deyil. Onlar elə düşünür ki, MHL rəhbərliyi bərpa ilə bağlı tərəddüd edirsə, deməli ABŞ və Kanadada vəziyyət çox acınacaqlıdır. Yəni onlar meydana çıxacağı halda virusa yoluxacaqlarından qorxurlar.

Hokkeyçilər uzun fasilədən sonra oynayacaqları halda zədə riskinin artacağından da narahatdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.