İQTİSADİYYAT


MİCROSOFT OFFİCE SİSTEM-İN AZƏRBAYCANDA TƏQDİMATI

Yanvarın 22-də “Həyat Recensi-Naxçıvan” mehmanxanasında Microsoft Office System-in informasiya ilə yeni iş sisteminin və Microsoft Office System-2003 paketinin rus versiyasının rəsmi təqdimatı mərasimi keçirilmişdir. Tədbir Azərbaycanın AZEL şirkətinin dəstəyi ilə Microsoft-un Rusiya və MDB ölkələrindəki nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.

Mərasimdə Azərbaycanın iri təşkilat və şirkətlərinin texnika sahəsində mütsəxəssisləri, informasiya texnologiyaları üzrə menecerləri iştirak etmişlər.

AZEL şirkətinin prezidenti İqor Yakovenko mərasimi açaraq demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ilin dekabrında Cenevrədə keçirilmiş informasiya cəmiyyəti üzrə dünya sammitində nitqində “qara qızılımızı, neft ehtiyatlarımızı insan qızılına, ölkəmizin hər bir vətəndaşının real potensialına çevirməyi” başlıca məqsəd kimi vurğulamışdır. Bu, o deməkdir ki, dövlət başçısı ölkəmizdə müasir texnologiyaların tətbiqinə böyük əhəmiyyət verir.

Mərasimdə qeyd edildi ki, Microsoft Office System-in informasiya ilə yeni iş sistemi informasiyanın səmərəli şəkildə toplanması və təhlili üçün nəzərdə tutulan təkliflərin, serverlərin, xidmət və qərarların vahid kompleksidir. Microsoft Office-nin ilk versiyasının buraxıldığı gündən ötən 13 ildə bu paket mətnlərin redaktəsi və sadə elektron cədvəllərin qurulması üçün dağınıq əlavələr yığımından informasiya ilə işin güclü və inteqrasiya edilmiş sisteminə, hər hansı təşkilatın fəaliyyətini tamamilə yenidən qurmağa və onu daha səmərəli və məhsuldar etməyə qadir olan sistemə çevrilmişdir.

Birgə işin, informasiya axtarışının və ondan istifadənin təşkili üçün Microsoft Office System-in təklif etdiyi yeni üsullar ayrı-ayrı əməkdaşların, işçi qruplarının və təşkilatların qarşılıqlı fəaliyyətinin səmərəliliyini, habelə onların əməyinin iqtisadi faydasını yüksəltməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.