İQTİSADİYYAT


MİDA: Hövsan Yaşayış Kompleksində binaların tikinti-quraşdırma işləri yekunlaşıb

Kompleksdə mənzillərin qiymətinin Yasamal Yaşayış Kompleksi ilə müqayisədə ucuz olacağı gözlənilir

Bakı, 13 sentyabr, Ramiz Quliyev, AZƏRTAC

Hövsan Yaşayış Kompleksində binaların tikinti-quraşdırma işləri yekunlaşıb, hazırda təmir-bəzək işləri aparılır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Qeyd olunub ki, yaşayış kompleksində 11 bina inşa edilir. Bu binalardan 4-ü 10 mərtəbəli, 7-si isə 7 mərtəbəlidr. Ümumilikdə həmin binalarda 2962 mənzil yerləşir.

Layihəyə uyğun olaraq, kompleksdə uşaq bağçası, ümumtəhsil məktəbi, tibb məntəqəsi tikiləcək, o cümlədən sakinlərin istirahəti üçün zəruri infrastruktur yaradılacaq. Mənzillərin qiyməti satış zamanı verilən elanda qeyd olunacaq. Hazırda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan verilməyib. Bununla belə, sözügedən kompleksdə mənzillərin qiymətinin Yasamal Yaşayış Kompleksi ilə müqayisədə nisbətən ucuz olacağı gözlənilir.

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksi Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə yerləşir. Bu yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.