İQTİSADİYYAT


MİDA Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Mənzil İnşaatı Dövlət Agentliyinin idarə heyətinin sədri Sadiq Sadıqov müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dahi siyasətçinin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Vurğulayıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkədə vətəndaş müharibəsinin qarşısını alaraq atəşkəsə nail olub, siyasi sabitlik yaradıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, sosial sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ulu öndərin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya Azərbaycanın dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Həmçinin bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, yeni yaşayış massivləri salınıb, insanların maddi rifahı xeyli yüksəlib. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini bilən ümummilli lider Heydər Əliyev bütün insanların abad mənzillə təmin olunmasının ən vacib məsələlərdən biri olduğunu qeyd edib.

S.Sadıqov bildirib ki, Ulu Öndərin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan inkişaf edir, dünyada nüfuzu artır. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Prezidentin rəhbərliyi ilə reallaşdırılan möhtəşəm layihələr, regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, qeyri-neft və özəl sektora dövlət dəstəyi ölkə vətəndaşlarının rifah halını daha da yüksəldir, eyni zamanda, insanların aydın sabaha, Azərbaycanın parlaq gələcəyinə inamını gündən-günə möhkəmləndirir.

Qeyd olunub ki, 2016-cı ilin aprelində ölkə başçısının Fərmanı ilə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə Azərbaycanda yeni sosial hərəkatın əsası qoyulub. Fəaliyyətə başladığı ilk gündən agentlik ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə olan tələbatının ödənilməsi məqsədilə güzəştli mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.

S.Sadıqov vurğulayıb ki, məhz Ulu Öndər tərəfindən əsası qoyulan və ölkə başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində sosial sferada köklü dəyişikliklər baş verib. Onun rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına şərait yaratmaqla yanaşı, ölkənin gələcək inkişafının təməlini qoyub. İnsanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi qarşıya qoyulan vəzifələri ən yüksək səviyyədə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcək.

Daha sonra tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.