CƏMİYYƏT


MİDA sosial aksiya keçirib

Bakı, 19 yanvar, AZƏRTAC

Xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur, faciənin qurbanları dərin hörmət və ehtiramla yad edilir.

Hər il olduğu kimi, bu il də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş birgə yardım aksiyası təşkil edilib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, aksiya zamanı Nəsimi rayonu ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri ziyarət edilib, onlara ərzaq yardımı paylanılıb. Bəzi şəhid ailələri və 20 Yanvar qaziləri ilə karantin qaydaları nəzərə alınmaqla YAP Nəsimi Rayon Təşkilatında görüş keçirilib. Aksiya Nəsimi rayon ərazisində yaşayan 40 şəhid və qazi ailəsini əhatə edib.

Xatırladaq ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyinin tapşırığı ilə ermənipərəst sovet ordusu ölkəmizdə öz istiqlaliyyəti uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törədib. Buna baxmayaraq, əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilən qoşunun qarşısından çəkilməyib.

20 Yanvar şəhidlərimizin anım günü ilk dəfədir ki, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra qeyd olunur.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.