MƏDƏNİYYƏT


MİKAYIL MÜŞFİQİN YUBİLEYİ QEYD OLUNMUŞDUR

Fevralın 19-da Səməd Vurğunun ev muzeyində Mikayıl Müşfiqin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.

Muzeyin baş mühafizi Aybəniz Vəkilova yığıncağı açaraq Mikayıl Müşfiq yaradıcılığının bəzi məqamları üzərində dayanmış, onun poeziyasındakı orijinal sənətkarlıq xüsusiyyətlərindən danışmışdır.

Filologiya elmləri namizədi Səfurə Quliyeva “M.Müşfiqin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişdir. Məruzədə şairin şer və poemalarındakı əsas bədii keyfiyyətlərdən-emosionallıqdan, yığcamlıqdan, ahəngdarlıqdan söz açılmış, tərcüməçilik fəaliyyətindən bəhs olunmuşdur.

Kamera Teatrının aktyorları Mərkəz Qacarın şairə həsr etdiyi “Qeybdən gələn səs” tamaşasından parçalar göstərmiş, Bülbül adına orta ixtisas musiqi məktəbinin şağirdləri bəstəkarlarımızın Müşfiqin sözlərinə yazdıqları mahnıları ifa etmişlər.

Əməkdar incəsənət xadimi Mansur Vəkilov yubilyara həsr etdiyi şerini oxumuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.